- 08:07
Yunan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Andravida şəhəri yaxınlığında qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, yerli mətbuat İon dənizinə düşən təyyarənin F-4 tipli hərbi təyyarə olduğunu açıqlayıb. Qəza zamanı təyyaradə pilot və pilotun köməkçisi olub.
ERT televiziyası təlim uçuşu həyata keçirən pilotun qəzadan əvvəl təhlükəsizlik sistemini işə saldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Baş Qərargahdan verilən açıqlamada isə bildirilib ki, təyyarənin düşdüyü yer Andarvida bazasından təxminən 40 kilometr aralıda yerləşir.
Eltac Nurullazadə