Məzmuna keç

Macarıstan və Avstriya Ukraynaya silah göndərməyəcək

Macarıstan və Avstriya Ukraynaya silah göndərməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski avstriyalı həmkarı Klaudiya Tannerlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu qərar müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün qəbul edilib.

"Avstralı həmkarımla görüşdə Rusiya-Ukrayna müharibəsini müzakirə etdik. Macarıstanın mövqeyi bəllidir, münaqişənin qızışmasının qarşısını almaq istədiyimiz üçün Ukraynaya silah göndərmirik. Bu mövzuda Avstriya ilə həmfikirik. Avstriya da müharibəyə silah göndərmir, lakin müharibədən qaçanlara humanitar yardım edir”, – deyə müdafiə naziri qeyd edib.

Eltac Nurullazadə