Almaniya kansleri Olaf Şolts Braziliyaya səfər edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, o, səfər çərçivəsində Braziliya prezidenti Luis İnasio Lula da ilə görüşüb.
Braziliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirib ki, trəflər iki ölkə arasında strateji müttəfiqliyin canlandırılması kontekstində sülh və təhlükəsizlik, enerji, iqlim dəyişikliyi kimi mövzular da daxil olmaqla beynəlxalq gündəmdəki əsas məsələləri müzakirə edilib.
Görüşdə, həmçinin 2019-cu ildə Cənub Ortaq Bazar (MERCOSUR) və Avropa İttifaqı (Aİ) arasında imzalanmış, lakin parlamentin təsdiqi olmadığı üçün icra olunmayan kommersiya sazişlərinin də müzakirə olunduğu bildirilib.
Eltac Nurullazadə
