Məzmuna keç

Stoltenberq: “Putinin qələbəsi ukraynalılar üçün faciə olacaq”

"Əgər Putin müharibədə qalib gəlsə, bu, ukraynalılar üçün faciə olacaq. Bu həm də bütün dünyada avtoritar liderlərə çox təhlükəli mesaj verəcək. Çünki bu, “hərbi güc tətbiq edildikdə məqsədə çatmaq olar” mesajı olacaq".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin İruma bazasına ziyarəti zamanı çıxış edərkən deyib.

Rusiya-Ukrayna müharibəsindən qaynaqlanan qlobal təhlükələrə işarə edən Stoltenberq “Ukraynadakı müharibə bizim təhlükəsizliyimizin bir-biri ilə sıx bağlı olduğunu göstərir” deyə bildirib

O, NATO ilə Yaponiya arasında münasibətləri gücləndirməyə çağırıb.

Eltac Nurullazadə