"Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində 3 hava və 3 raket hücumu həyata keçirib. Bundan başqa, çoxsaylı raket buraxılış sistemləri vasitəsilə 20-dən çox hücum həyata keçirilib. Xarkov, Donetsk və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından verilən açıqlamada bildirilib
Məlumatda Rusiya Silahlı Qüvvələrinin Liman və Bəhmut istiqamətlərində böyük itkilər verdiyi, Avdiyivka və Novopavlovsk istiqamətlərində isə uğursuz əməliyyatlar keçirdiyi qeyd olunub.
Eltac Nurullazadə
