Məzmuna keç

CAR-da milli fəlakət elan oluna bilər

Cənubi Afrika Respublikasında enerji böhranı yaşanır. İnfrastrukturun köhnəlməsi səbəbindən son aylarda ölkədə elektrik enerjisinin kəsilməsi halları ciddi həddə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, elektrik enerjisinin gündə 12 saata qədər fasilələrlə verilməsi iqtisadiyyata mənfi təsir göstərir.

CAR Prezidenti Siril Ramafosa ölkədə milli fəlakət elan olunacağını bildirib.

O, hökumətin qəbul etməyi planlaşdırdığı milli fəlakət bəyannaməsinin elektrik böhranının həllini aradan qaldırmaq üçün lazımi vasitələrə sahib olmağı mümkün edəcəyini qeyd edib.

Eltac Nurullazadə