Məzmuna keç

Almaniya Bundestaqının vitse-prezidenti Kiyevə getdi –

Almaniya Bundestaqının vitse-prezidenti Katrin Goering-Eckardt Ukraynaya səfər edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində məlumat yayıb.

"Kiyevdəyəm. Bu gün gecə qatarla gəldim. Ukraynalılar öz ölkələrini və azadlığı müdafiə edirlər. Onların cəsarətinə heyranam. Qarşıdakı bir neçə gün ərzində mən yenidənqurma, humanitar vəziyyət və yerlərdəki çətin gündəlik həyat haqqında məlumat əldə etmək istəyirəm", – deyə vitse-prezident qeyd edib.

Eltac Nurullazadə