"Sanksiyalara baxmayaraq Rusiyanın neft hasilatı və ixracı stabil şəkildə davam edir".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, Rusiya şirkətləri yeni bazarlar axtarmaqla yanaşı, bütün digər lazımi tədbirləri görür.
"Qlobal neft bazarlarında qeyri-müəyyənliklər müşahidə edilir. Bunlar xüsusilə qlobal iqtisadiyyat, tələb və ya təklif artımı ilə bağlı məsələlərdir", – deyə o bildirib.
Çin iqtisadiyyatının açılmağa başladığını və neft istehlakında artım gözlədiklərini açıqlayan Novak, “Bundan başqa, inflyasiya gözləntiləri də ortadan qalxmayıb və dünyanın aparıcı iqtisadiyyatlarının mərkəzi banklarının atacağı addımları yaxından izləyirik", – əlavə edib.
Eltac Nurullazadə
