El-Salvadorda Amerika qitəsinin ən böyük həbsxanası açılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 166 hektar ərazidə salınan həbsxana 40 min nəfərlik tutuma malikdir.
Həbsxananın cinayətkar dəstələrə qarşı mübarizə məqsədilə tikildiyi və işlərin 7 ay ərzində tamamlandığı bildirilib. Həbsxana gecə-gündüz 600 əsgər, 250 polis və mühafizəçilər tərəfindən qorunacaq.
Eltac Nurullazadə
