Məzmuna keç

Meksikada bələdiyyə sədri qaçırıldı –

Meksikanın Puebla əyalətində meşə yanğınlarına qarşı etiraz aksiyası keçirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar bələdiyyə orqanlarını bölgədə baş verən meşə yanğınlarına kifayət qədər müdaxilə etməməkdə günahlandırıb.

Bələdiyyə binası qarşısına toplaşan etirazçılar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildirərək rəsmilərdən izahat tələb ediblər.

Bir neçə saat sonra Tepeyahualko şəhərinin meri Monika Martinez və bəzi bələdiyyə üzvləri aksiyaçılarla görüşüb. Danışıqların nəticə vermədiyini görən 30 nəfəfrlik etirazçı qrup Monika Martinez və bələdiyyə üzvlərini girov götürüblər. Bələdiyyə sədrinin və digər rəsmilərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə, onları yandırıb öldürəcəkləri ilə hədələyiblər.

Puebla əyalətinin daxili işlər naziri Julio Roberto Gomez polis tərəfindən əməliyyat aparıldığını qaçırılan məmurların xilas ediləcəyini bildirib.

Eltac Nurullazadə