Rusiyalı polkovnik-leytenant Aleksandr Makartumov Ukraynada öldürülüb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan "Telegram" kanalında bildirib.
"Makartumov təqaüdə çıxmışdı, lakin könüllü olaraq Ukraynaya qarşı döyüşlərə qatıldı. O, könüllü olaraq səfərbər olundu və dərhal ənənəyə uyğun olaraq uğurla "tərxis olundu"", – deyə Ştefan qeyd edib.
Eltac Nurullazadə
