"Almaniya da daxil olmaqla, Avropa ölkələrini, Rusiya ilə yeni müharibəyə cəlb edənlər və döyüş meydanında Rusiyaya qarşı qələbəyə ümid edənlər başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamam başqa cür olacaq. Rusiyaya qarşı elan olunmamış müharibə aparan qüvvələr sərt cavab alacaqlar. Biz onların sərhədlərinə tanklarımızı göndərməyəcəyik, amma verəcəyimiz cavab var”.
E-huquq.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Ukrayna ilə müharibədə Rusiyanın tək olmadığını bildirib: "Ukrayna ərazisində yenidən Rusiyaya qarşı döyüşməyə hazırlaşırlar. Qərb elitasının səylərinə baxmayaraq, bizim Amerika qitəsində, Şimali Amerika və Avropa da daxil olmaqla bütün dünyada satış çoxlu dostlarımız var".
Eltac Nurullazadə
