Məzmuna keç

Sobolevski: “Xerson intensiv atəşə tutulur”

"2023-cü il fevralın 3-ü gecədən rus hərbçiləri Xersonu atəşə tuturlar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski "Telegram" kanalında bildirib.

"Düşmən intensiv atəşlər həyata keçirir. Onlar Xersonu atəşə tutmağa davam edirlər, ehtiyatlı olun!” – deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 2-nə olan məlumata görə, Xersonda 57 minə yaxın sakin qalıb. İnsanların əksəriyyəti doğma şəhərlərini tərk etməyə davam edir. Dekabrda 8 minə yaxın, yanvarda isə 3 minə yaxın insan Xersondan gedib.

Eltac Nurullazadə