Məzmuna keç

Zelenski Rusiyanın hücumlarını cavabsız qoymayacaqlarını açıqladı

"İşğalçının heç bir hücumunu cavabsız qoymayacağıq".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında etdiyi videomüraciətində bildirib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyətdən danışan Zelenski Rusiyaya qarşı sanksiyaların artırılmalı olduğunu deyib.

O, Rusiya Donbasa hücumları artırmağa çalışdığdığını bildirərək bunun cavabsız qalmayacağını qeyd edib.

Zelenski həmçinin Kiyevdə keçiriləcək Ukrayna-Aİ Sammitində ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını bildirib.

Eltac Nurullazadə