“Bizim müdafiə olunmaqdan və qalib gəlməkdən başqa seçimimiz yoxdur".
E-huquq.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
O, Ukrayna xalqına müraciət edərək müharibə ilə bağlı son məlumatları bölüşüb
Zelenski Donetsk bölgəsində ən ağır toqquşmaların davam etdiyini qeyd edib və Rusiya ordusunun hücumlarını dəf etmək üçün mübarizəni davam etdirdiklərini vurğulayıb. Ukrayna Prezidenti Rusiya ordusunun cəbhə xəttində hücumları artırmağa çalışdığını bildirib.
Eltac Nurullazadə
