Məzmuna keç

Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verdi

Azərbaycanın Türkiyədəki səfirliyi baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib.

E-huquq.az-ın məlumatına görə, səfirliyin "Twitter" səhifəsində bununla bağlı paylaşım edilib.

“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, – deyə paylaşımda qeyd olunub.

Eltac Nurullazadə