Məzmuna keç

Malatyada polis 5 nəfəri dağıntılar altından çıxardı

Malatyada xüsusi təyinatlı polis qüvvələri 5 nəfəri dağıntılar altından çıxarıb.

E-huquq.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Xilas olunanlardan iki nəfərin uşaq olduğu bildirilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Son məlumatlara görə, güclü zəlzələ nəticəsində 1651 nəfər ölüb, 11 119 nəfər isə yaralanıb.

Eltac Nurullazadə