Məzmuna keç

Türkiyədə zəlzələdən istifadə edən işbazlarla bağlı araşdırma başlanıldı

Türkiyədə zəlzələdən sonra fürsətdən istifadə etməyə çalışan işbazlarla bağlı araşdırmalara başlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Prokurorluğunda zəlzələdən istifadə edərək hədsiz qiymət artımı edən bəzi daşıyıcı şirkətlər və ədyal kimi əşyalar satan obyektlərlə bağlı istintaq başlayıb.

Bildirilib ki, zəlzələdən sonra ailələrindən xəbər ala bilməyən şəxslərin doğma şəhərlərinə getməsinə görə avtobuslara tələb artıb. Bu da şirkətlərin bilet qiymətlərini artırmasına səbəb olub. Həmçinin küçədə qalan şəxslərə lazım olan zəruri əşyaların da qiymətləri artıb. Vəziyyətin belə olduğunu görən Ankara Prokurorluğu işə qarışmalı olub.

“Fevralın 6-da baş verən və 10 əyaləti əhatə edən zəlzələdən istifadə edərək göstərən bəzi avtobus şirkətləri bilet qiymətlərini 2-3 dəfə artırıblar. Həmçinin bir çox malların, xüsusilə də yorğan-döşəklərin qiymətləri artırılıb. Bu kimi sui-istifadə halları ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmaya başlanılıb. Hüquq-mühafizə orqanlarına məsələ ilə bağlı lazımi təlimatlar verilib", – deyə Prokurorluğun məlumatında qeyd olunub.

Eltac Nurullazadə