Məzmuna keç

Strasburqda Türkiyə üçün yardım kampaniyası başladıldı

Fransanın Strasburq şəhərində Türkiyədə zəlzələnin baş verdiyi bölgələrə yardımların göndərilməsi üçün kampaniya başladılıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Kahramanmaraşlı Mikail Oynar adlı şəxsin başlatdlğı yardım kampaniyasına çox sayda türkiyəli qoşulub.

Toplanan yardımların danışnmasını həyata keçirən Hataylı Furkan Çelik bildirib ki, zəlzələdən zərər çəkənlər üçün uşaq bezləri, gigiyena vasitələri, ayaqqabı, paltar və ədyal kimi müxtəlif əşyalar toplanılır.

F.Çelik fransızların da Türkiyə üçün yardım kampaniyasına qoşulduqlarını, lazımi vəsaitlərin toplanmasında dəstək göstərdiklərini bildirib. O, toplanan yardımların ən qısa müddətdə Türkiyəyə çatdırılmasına ümid etdiyini vurğulayıb.

Eltac Nurullazadə