Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Olena Zelenska Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğana dəstək nümayiş etdirib.
E-huquq.az “CNN Türk” ə istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində paylaşım edib.
“Öz faciəmizə baxmayaraq, bu gün düşüncələrimiz və dualarımız Türkiyənin yanındadır. Minlərlə insanın ölümü və iztirabları – sözlə ifadə olunmaz ağrıdır. Əminə Ərdoğan, biz sizinləyik və hər cür kömək etməyə hazırıq. Fəlakətdən zərər çəkənlərə başsağlığı verirəm. Ukrayna sizinlədir”, – deyə Olena Zelenska bildirib.
Lalə Salmanova
