Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb.
Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.
***
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 234 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
***
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894-ə çatıb, 34 810 nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.
