Məzmuna keç

Hatayda iki qadın 48 saat sonra dağıntılar altından xilas edildi –

Türkiyədə güclü zəlzələnin baş verdiyi və dağıntılara məruz qalan ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Hatayda yaşayış binasının dağıntıları altından 2 qadın 48 saat sonra xilas edilib.

Axtarış-xilasetmə qrupları və hərbçilər tərəfindən aparılan əməliyyat zamanı 52 yaşlı Mona Gazel və 74 yaşlı Necla Melek dağıntılar altından sağ çıxarılıb.

Hər iki şəxs ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Eltac Nurullazadə