Almaniyanın telekommunikasiya şirkəti “Deutsche Telekom” Türkiyədə baş verən zəlzələ səbəbilə Türkiyə və Suriyaya edilən zənglər ödənişsiz edib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, şirkətin yaydığı açıqlamada fevralın 15-dək zəng və SMS-lərin pulsuz olacağı bildirilib.
Həmçinin qeyd olunub ki, "Deutsche Telekom" zəlzələdən zərərçəkənlər üçün “Aktion Deutschland Hilft” (Almaniya kömək edir) təşkilatına bir milyon avro bağışlayacaq.
Şirkətin icraçı direktoru Timotheus Höttges Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində itkilərə görə dərindən kədərləndiklərini deyib.
"Biz zəlzələdən zərər çəkmiş insanların çarəsizliyinə təkcə mərhəmətlə deyil, eyni zamanda maddi yardımla yanaşırıq", – deyə o bildirib.
Lalə Salmanova
