Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş ərazilərə gedir.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti zəlzələdən zərər çəkmiş ərazilərdə görülən işləri yerində yoxlayacaq.
Ərdoğanın əvvəlcə Kahramanmaraşa, daha sonra Pazarcık mahalına gedəcəyi gözlənilir.
Türkiyə Prezidentinin daha sonra Hataya getməsi planlaşdırılır.
Lalə Salmanova
