Türkiyədə güclü zəlzələnin baş verdiyi ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Elbistanda zəlzələdən 48 saat sonra dağıntılar altından 2 aylıq körpə çıxarılıb.
2 saat davam edən əməliyyat nəticəsində xilas edilən Məhəmməd Doğan Bostan xəstəxanaya aparılıb.
Qeyd edək ki, körpənin anası Ceren Bostan da bir müddət əvvəl xilas edilmişdi.

Lalə Salmanova
