Məzmuna keç

Türkiyədə zəlzələdən zərərçəkən ailələrə 10 min lirə maliyyə yardımı göstəriləcək

Türkiyədə zəlzələdən zərərçəkən ailələrə 10 min lirə maliyyə yardımı göstəriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı çıxışında məlumat verib.

Dövlət başçısı bildirib ki, yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq: "Təbii fəlakətin təsir etdiyi regionlarda yenidənqurma işləri də aparılacaq. Eyni zamanda zəlzələdən zərərçən hər bir ailəyə 10 min lirə yardım göstəriləcək”.

Ərdoğan deyib ki, zəlzələ bölgəsində axtarış-xilasetmə fəaliyyətləri davam edir: "Eyni zamanda vətəndaşlarımızın təxliyəsi da davam edir. Təxribatçıların cəhdlərinə imkan vermək olmaz. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır”.