Türkiyənin İskəndərun limanında baş verən yanğının söndürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbul meri Əkrəm İmamoğlu tviterdə yazıb.
Yanğın zonasının soyudulması istiqamətində işlər davam edir.
Xatırladaq ki, fevralın 6-da baş vermiş zəlzələdən sonra Türkiyənin İskəndərun limanında güclü yanğın baş verib. Alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılıb. Zəlzələ nəticəsində infrastrukturu zədələndiyindən hazırda limanın fəaliyyəti dayandırılıb.
