Yaponiya Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dəstəyini artıracaq.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida bildirib.
Parlamentin iclasında çıxış edən baş nazir Türkiyəyə axtarış-xilasetmə qrupu göndərdiklərini deyib və əlavə yardımların göndərilməsi istiqamətində müzakirələrin aparıldığını vurğulayıb.
O, həmçinin bildirib ki, hazırda zəlzələnin vurduğu ziyanla bağlı araşdırmalar davam edir.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno isə keçirdiyi mətbuat konfransında zəlzələlərdən zərər çəkən Suriyaya humanitar yardım göndərməyi planlaşdırdıqlarını açıqlayıb.
Eltac Nurullazadə
