İsveçdə növbəti dəfə "Qurani Kərim"in yandırılmasına cəhd göstərilib
E-huquq.az xarici mətbuata istinadən cəbər verir ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına cəhd olunub, lakin polis buna icazə verməyib.
Stokholm polisinin sözçüsü Ola Österlinq bildirib ki, bir nəfər səfirliyin qarşısında Quranı yandırmaq istəyib.
"Biz İsveç Kəşfiyyat Təşkilatı SEPO ilə bu barədə müzakirə apardıq. Nəticədə sözügedən şəxsin hərəkətə keçməsinə icazə verməməyə qərar verdik", – o deyib.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimi yandırıb.
Eltac Nurullazadə
