Sakarya Vəkillər Kollegiyasının vəkilləri və təcrübəçilərindən ibarət könüllü qrup Hataydakı zəlzələ bölgəsinə yola düşüb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Kollegiyanın sədri İlknur Ebiz Yıldız 40 nəfərlik könüllü qrupu yola salıb.
“Həmkarlarımız və təcrübəçilərdən ibarət 40 nəfərlik ilk könüllü komandamız Hataydakı fəlakət bölgəsində görülən işlərə və vətəndaşlarımıza dəstək olmaq üçün yola çıxdı. Yolları açıq olsun. Yaxşı ki, onlar var. Birlik və həmrəyliklə yaralarımızı sağaldacağıq”, – deyə sədr qeyd edib.
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
Eltac Nurullazadə
