Türkiyədə güclü zəlzələnin baş verdiyi Kahramanmaraşın Elbistan bölgəsində dağıntılar altından iki məhkəmə hakiminin cəsədi tapılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, dağılan binanın altında qalan hakimlər Bayram Korkmaz və onun həyat yoldaşı Şeyda Korkmaz olub.
Şeyda Korkmazın 2 aylıq hamilə olduğu məlum olub.
Bayram Bayram Korkmazın Elbistanda, həyat yoldaşı Şeyda Korkmazın isə sabah Karamanda dəfn olunacağı bildirilib.
Eltac Nurullazadə
