Məzmuna keç

Zəlzələdə evləri dağılan ailə qohumlarıgilə gedərkən qəzaya düşdü, 2 nəfər öldü

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində evləri dağılan ailə qohumlarıgilə gedərkən yol qəzasına düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Taşan ailəsi Mersindəki qohumlarının yanına gedərkən onların olduğu avtomobil Adana-Tarsus magistral yolunda qəzaya uğrayıb.

Qəzada Fatma Taşan və İbrahim Taşan vəfat edib. Yaralanan Bayram, İrfan və Həsən Taşan tibbi yardım üçün xəstəxanaya aparılıb.

Lalə Salmanova