Məzmuna keç

Hatayda baş vermiş zəlzələdə “Anadolu”nun müxbiri və ailə üzvləri öldü

Türkiyənin “Anadolu” agentliyinin müxbiri Burak Milli və onun ailə üzvləri bu ölkənin Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, Burak Milli (31), onun həyat yoldaşı Ayşen Milli (30) və 5 aylıq qızları Eylul Lina Hatayın cənubundakı İskenderun şəhərində yerləşən binanın dağıntıları altında qalıblar.

Xilasedicilər jurnalistin və onun ailə üzvlərinin meyitlərini dağıntılar arasından yalnız 4 gündən sonra çıxara biliblər.