Məzmuna keç

Zəlzələdə xəsarət alan bir qrup yaralı təyyarə ilə İstanbula aparıldı –

Türkiyədə zəlzələdə xəsarət alan şəxslərin bəziləri təyyarə ilə İstanbula göndərilib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Kahramanmaraş və Malatyadan qalxan Səhiyyə Nazirliyinə aid iki təcili yardım təyyarəsi axşam saatlarında bir-birinin ardınca Atatürk Hava Limanına eniş edib.

Təyyarə ilə gətirilən yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Eyni zamanda Adanadan bir qrup yaralı Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarə ilə İstanbula gətirilərək xəstəxanaya yerləşdirilib.

Eltac Nurullazadə