Türkiyədə güclü zəlzələnin baş verdiyi Kahramanmaraşda 26 yaşlı gənc 99 saat sonra dağıntılar altından çıxarılıb.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupları 14 saat davam edən əməliyyatdan sonra Fatma Karuşu 3 mərtəbəli binanın dağıntıları altından xilas edə bilib.
Yaralı vəziyyətdə olan qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Kahramanmaraş'ta enkaz altında kalan Fatma Karuş, UMKE, Polis Arama Kurtarma ve Yıldırım Belediyesi ekiplerince depremden 99 saat sonra kurtarıldı https://t.co/wMaxY0PMkk pic.twitter.com/wZFcbtLDWD
— ANADOLU AJANSI (@anadoluajansi) February 10, 2023
Lalə Salmanova
