ABŞ baş vermiş güclü zəlzələdən sonra yardım məqsədilə Suriyanı sanksiyalardan azad edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, zəlzələdən sonra bu ölkəyə yardıma icazə vermək üçün sanksiyalar 180 gün müddətinə ləğv edilib.
Nazirliyin açıqlamasında Suriyadakı vəziyyətin monitorinqinin davam etdiriləcəyi qeyd edilib.
Qeyd edək ki, ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo güclü zəlzələlərdən sonra Türkiyə və Suriya xalqına başsağlığı verib.
“Beynəlxalq müttəfiqlər və humanitar yardım tərəfdaşları zərər çəkənlərə kömək etmək üçün səfərbər olunarkən, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalar Suriya xalqının həyatını xilas etmək səylərinə mane olmayacaq” – deyə Adeyemo bildirib.
Lalə Salmanova
