Hollandiya Rusiyadan neft, təbii qaz, kömür və neft məhsulları idxalını tamamilə dayandırıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hollandiyanın energetika naziri Rob Jetten bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə tətbiq etdikləri sanksiyalarla enerji sahəsində Rusiyadan asılılıqlarını tamamilə aradan qaldırıblar.
Qeyd edək ki, müharibədən əvvəl Hollandiya təbii qazın 25 faizini Rusiyadan alırdı. Sanksiyalar nəticəsində Rusiyanın Avropanın ümumi təbii qaz idxalında payı 45 faizdən 10 faizə düşüb.
Lalə Salmanova
