Məzmuna keç

Argentina Türkiyəyə axtarış-xilasetmə qrupu göndərdi –

Argentina Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 28 nəfərdən ibarət axtarış-xilasetmə qrupu göndərib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Argentinanın Milli Təhlükəsizlik Nazirliyindən bildirilib.

Xilasedicilərin 10 gün ərzində Adanada Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə birgə çalışacaqları qeyd olunub.

Qeyd edək ki, AFAD-ın son məlumatına əsasən, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb, 75 523 nəfər yaralanıb.

Lalə Salmanova