Məzmuna keç

Türkiyədə zavodda partlayış oldu –

Türkiyənin Balıkesir şəhərinin Susurluk rayonunda zavodda qaz sızması nəticəsində baş verən partlayışda 18 nəfər yaralanıb.

Bu barədə e-huquq.az “Habertürk”ə istinadən xəbər verir.

Hadisə yerinə təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadası göndərilib.

Yaralıların bəziləri təcili yardım maşınları tərəfindən Susurluk Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan 5 nəfər Balıkəsir Atatürk Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.