Məzmuna keç

BMT Türkiyəyə 3 min çadır göndərdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı zəlzələlərdən zərər çəkənlərə dəstək olmaq üçün Türkiyəyə 3 min çadır göndərib.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin İordaniyadakı səfirliyinin "Twitter" hesabında bildirib.

Məlumatda təxminən 3000 çadırın Türkiyə Hərbi Hava Qüvvələri, Türk Hava Yolları və İordaniya Hərbi Hava Qüvvələri tərəfindən zəlzələ bölgələrinə göndərildiyi bildirilib.

Türkiyə höküməti yardıma görə BMT və İordaniya rəsmilərinə təşəkkür edib.

Lalə Salmanova