Məzmuna keç

Çin Türkiyədə zəlzələdən zərərçəkənlərə növbəti dəfə yardım göndərəcək

Çin Türkiyədə zəlzələ bölgəsinə tibbi heyət və ləvazimatlar göndərəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yardımın ilk hissəsi, həmçinin yorğan və çadır kimi ləvazimatlar 11 və 12 fevral tarixlərində Türkiyəyə çatıb.

Vanq deyib ki, elektrokardioqrafiya və ultrasəs avadanlıqları, tibbi nəqliyyat vasitələri və portativ xəstə çarpayıları da daxil olmaqla yardımların ikinci hissəssinin bu həftə göndərilməsi planlaşdırılır.

Zəlzələdən zərər çəkən Suriyaya da yardımların davam etdiyini, çadır, geyim, dərman və tibbi ləvazimat kimi təcili yardımların yolda olduğunu bildirən Vanq, əlavə olaraq 30 min ilk yardım çantası, 20 min ədyal, 10 min palto, 300 çadır, tənəffüs aparatı və oksigen generatorlarının göndəriləcəyini bildirib.

O, Çinin davam edən ərzaq yardımı proqramı çərçivəsində Suriyaya tədarük etməyi öhdəsinə götürdüyü 220 ton buğdanın yolda olduğunu və bu ay 3 min ton buğda və düyü göndərilməsinin planlaşdırıldığını qeyd edib.

Çinin hər zaman köməyə ehtiyacı olanların yanında olduğunu vurğulayan XİN sözcüsü, "Türkiyə və Suriyanın fəlakətin öhdəsindən gəlməsi dəstək verməyə davam edəcəyik" deyə vurğulayıb.

Lalə Salmanova