Məzmuna keç

Cənubi Koreya Prezidenti Türkiyəyə yardımla bağlı göstəriş verdi

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar bütün mövcud resursların səfərbər edilməsi barədə göstəriş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin sözçüsü Li Do-vun zəlzələlərdən sonra həyata keçirilən yardım tədbirləri ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezident daha çox yardım göndərmələrini və görülən işlər barədə Türkiyə tərəfi ilə tez-tez müzakirə aparmalarını aidiyyəti qurumlara tapşırıb.

Lalə Salmanova