Məzmuna keç

Qazaxıstanda Türkiyə üçün toplanan ianələrin məbləği açıqlandı

Qazaxıstanda Türkiyədəki zəlzələ bölgəsinə yardım üçün 2,8 milyon dollardan çox ianə toplanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Astanadakı səfirliyindən bildirilib.

Məlumata görə, 3 gündə toplanan 1 milyon 28 min 706 ABŞ dolları AFAD-ın rəsmi hesabına köçürülüb: "Beləliklə, ianənin ümumi məbləği 2 milyon 849 min 836 ABŞ dolları olub".

Həmçinin qeyd olunub ki, Qazaxıstan vətəndaşları tərəfindən Türkiyəyə 28 generator göndərilib.

“Təkcə Astanadan 8 ton yardım göndərilib", – deyə məlumatda bildirilib

Lalə Salmanova