Məzmuna keç

Adıyamanda 18 yaşlı gənc 198 saat sonra dağıntılar altından sağ çıxarıldı

Türkiyədə güclü zəlzələnin baş verdiyi Adıyamanda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

E-huquq.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları 198 saat sonra 18 yaşlı Məhəmməd Cafer Çətini xilas edə bilib.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı xəstəxanaya aparılıb.

Lalə Salmanova