Məzmuna keç

Kahramanmaraşda zəlzələdən sonra mağazadan oğurluq edən şəxslər saxlanıldı –

Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələdən sonra mağazadan oğurluq edən şəxslər saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşın Onikişubat mahalında fəaliyyət göstərən Tokat Polis İdarəsinin Terrorla Mübarizə və Təhlükəsizlik Şöbəsinin əməkdaşları əllərində çamadanlar olan 3 nəfəri şübhəli şəxs kimi saxlayıb.

Özlərini zərgər kimi təqdim edən həmin şəxslərin gümüş məhsulları satılan mağazadan oğurluq etdikləri müəyyən olunub.

İfadə zamanı onlar əməllərini etiraf ediblər. Oğurlanan mallar sahibinə geri qaytarılıb.

Lalə Salmanova