Cənubi Koreyada deputatlar zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə maaşlarının 3 faizini Türkiyə və Suriyaya göndərəcək
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin qəbul etdiyi qərarda bildirilib.
Qərarda həmçinin, hər iki ölkədə axtarış-xilasetmə və bərpa işlərinə dəstək verilməsi, zəlzələ bölgəsindəki koreyalı mühacirlər, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsi kimi məsələlər də yer alıb.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yoon Suk-yeol ötən Türkiyədəki zəlzələlərlə əlaqədar bütün mövcud resursların səfərbər olunması barədə göstəriş verib.
Seul administrasiyası fevralın 16-da Türkiyəyə 150 çadır və 2200 ədyal, həmçinin əlavə dəstək qrupu göndərəcək. Ümumilikdə 372 səhiyyə işçisinin Türkiyəyə göndəriləcəyi bildirilib.
Lalə Salmanova
