Məzmuna keç

Ərdoğan: “Dağıntılar altından 8 mindən çox insan xilas edilib”

Türkiyə baş verən güclü zəlzələdən sonra axtarış-xilas etmə əməliyyatları nəticəsində dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində yaralanan 81 mindən çox şəxsə tibbi yardım göstərilərək xəstəxanadan buraxılıb.

"13,5 milyon vətəndaşın yaşadığı 10 əyalətdə zəlzələlər təəssüf ki, böyük dağıntılara səbəb olub. Zəlzələnin hiss olunduğu qonşu şəhərlərlə birlikdə fəlakətdən zərər çəkən əhalinin sayı 20 milyona yaxınlaşır. Alimlər bu zəlzələlər nəticəsində ayrılan enerjinin 500 atom bombası qədər güclü olduğunu bildirirlər. Təkcə ölkəmizin deyil, bəşəriyyətin ən böyük faciələrindən biri ilə üz-üzəyik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə dağılmış minlərlə binanın dağıntılarını təmizlədikcə, təəssüf ki, itkilərimizin sayı artır", – deyə Türkiyə Prezidenti qeyd edib.

Lalə Salmanova