Məzmuna keç

Hatayda 26 yaşlı qadın dağıntılar altından 201 saat sonra xilas edildi –

Hatayda baş vermiş güclü zəlzədən 201 saat sonra 26 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupları 26 yaşlı Əminə Akgülü xilas edə bilib.

Müəllim olduğu bildirilən qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qadını dağıntılar altından çıxaran xilasedicilərdən biri mühəndis Hanefi Oruç sevincini bölüşüb: "Burada sağ olduğu ehtimal edilən uşağı axtarırdıq. Təsadüfən müəllimi gördük. Əvvəlcə onun artıq həyatda olmadığını düşündük, lakin kürəyinə toxunduqda reaksiya verdi. Biraz söhbət etdik. Deyəsən, valideynləri də içəridə olub".

Lalə Salmanova