Türkiyədə zəlzələdə xəsarət alan 11 körpə Prezident Administrasiyasına məxsus təyyarə ilə müalicə olunmaq üçün Ankaraya gətirilib.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, Sosial Xidmətlər Nazirliyinin tabeliyindəki müəssisələrdə çalışan 11 baxıcı və 2 həkim ilkin müayinədən keçən körpələri təhvil alıb.
Daha sonra körpələr hərtərəfli müayinədən keçmək üçün təcili yardım maşınları ilə Etlik Şəhər Xəstəxanasına aparılıb.
Lalə Salmanova
