Məzmuna keç

Zelenski: “Biz əsgərlərimizə hücum üçün daha çox silah verməyə çalışırıq”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusuna qarşı hücuma görə ordusunu daha təsirli silahlarla təmin etməyə çalışdığını bildirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zelenski növbəti videomüraciətində deyib.

O, həmçinin Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında bir sıra mühüm qərarların qəbul edildiyini qeyd edib “Bu, sayca doqquzuncu toplantıdır. Dövlətimizi qorumaq, əsgərlərimizi gücləndirmək üçün daha bir vacib qərar qəbul edilib. Qərarda ordumuza daha çox hava hücumundan müdafiə sistemi, tanklar, top və mərmilər verilməsi təsdiqlənib”.

Lalə Salmanova